Lerikdə 3 nəfərin qızıl axtarışı faciə ilə nəticələnib
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, polisə məlumat daxil olub ki, Lerik dağlarında qanunsuz qazıntı işləri aparılır. Polis əməkdaşları hadisə yerinə gələn zaman həmin şəxslər ərazidən uzaqlaşmaq istəyiblər. Onlardan biri dağdan yıxılara ölüb.
Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Regional Qrupundan verilən məlumata görə, oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. Həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən biri Lerik rayonunun Pirəsora kənd sakini 42 yaşlı Ruslan Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı, xəsarətlərdən ölüb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
.jpg)

