Hadisə · Baku.ws

Barəsində cinayət işi açılan sabiq rəhbərin oğlu vəzifəsindən azad edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Barəsində cinayət işi açılan sabiq rəhbərin oğlu vəzifəsindən azad edildi xəbəri üçün şəkil

Gəncə Şəhər İcra Hakimiyyətində vəzifəli şəxs istefa verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və ərazi-təşkilat məsələləri şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abuzər Zeynalov tutduğu vəzifədən azad edilib.

Onun öz xahişi ilə vəzifəsindən ayrıldığı bildirilir.

Qeyd edək ki, Abuzər Zeynalov Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecinin keçmiş rəhbəri Fəxrəddin Zeynalovun oğludur.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq çərçivəsində kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, eləcə də iki əməkdaşı - Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb. Barələrində məhkəməyədək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑