Rusiyanın Kalininqrad vilayətində təlim uçuşu zamanı Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb.
525.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, təyyarə yaşayış məntəqələrindən uzaq bir ərazidə qəzaya uğrayıb.
Pilotlar katapult edərək ölümdən xilas olublar. Onlar axtarış-xilasetmə qrupu tərəfindən təxliyə ediliblər. Pilotların həyati təhlükəsi olmadığı qeyd olunub.
İbrahim Cəfərov




