Hadisə · Konkret.az

Evi ilanlar basıb (VİDEO) | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Evi ilanlar basıb (VİDEO) | KONKRET xəbəri üçün şəkil

Görüntüləri “Xəzər Xəbər”ə göndərən izləyici iddia edir ki, Pirşağı qəsəbəsində olan evində ilanlara görə yaşaya bilmir.

KONKRET.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, ilk ilanı gördükdən sonra evin hər tərəfinə yapışqan məhlul yerləşdirib. Üç azyaşlı uşağı ilə həyət evində kirayə yaşayan Lətafət Musayeva bir neçə ilanın evə daxil olduğunu deyir.

Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, problemin həlli qurumun səlahiyyətlərinə aid deyil. Fövqəladə hallar nazirliyi və ekologiya və təbii sərvətlər nazirliyinə də müraciət edilib.

Lakin, cavablardan məlum olub ki, bu cür hallara nəzarət edən məsul qurumun kim olduğu aydın deyil.

Qaynarinfo mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑