Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb.
Bu barədə Lent.az-ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir.
Onlardan 3-ü FIFA dərəcəli hakimdir.
Bildirilib ki, 2026-2027-ci illər mövsümü üçün qadın futbol hakimlərinin beynəlxalq oyunlara ümumilikdə 31 təyinatı olub.
Qeyd edək ki, qadın hakimlər həm yerli, həm də beynəlxalq futbol yarışlarında ədalət təmsilçisi kimi fəaliyyət göstərirlər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)



