İqtisadiyyat · Marja.az

Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb xəbəri üçün şəkil

Dövlət Neft Fondunun investisiyalarından gəliri 4 milyard dolları keçib – Səhmlərdən qazanc kəskin artıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli 2025-ci ili 6,2% gəlirliliklə başa vurub. Fondun investisiyalarından əldə etdiyi xalis gəlir 4 milyard 52 milyon ABŞ dollarına çatıb. Ən yüksək gəlirlilik səhm investisiyalarında qeydə alınıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Marja.az Dövlət Neft Fondunun 2025-ci il üzrə illik hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə investisiya portfelinin gəlirliliyi 6%, xalis investisiya gəliri isə 3 milyard 401 milyon dollar təşkil etmişdi.

Beləliklə, 2025-ci ildə Fondun investisiyalarından əldə etdiyi xalis gəlir əvvəlki illə müqayisədə 651 milyon dollar və ya 19,1% artıb.

Qeyd edək ki, 2025-ci ilin sonuna ARDNF-nin idarə etdiyi aktivlərin dəyəri 60 milyard ABŞ dollarından artaraq 73,5 milyard ABŞ dollarına çatmışdır. Ümumi portfelin 29,8%-i və ya 21,9 milyard ABŞ dolları borc öhdəliklərinə, 25,6%-i və ya 18,8 milyard ABŞ dolları səhmlərə, 6,4%-i və ya 4,7 milyard ABŞ dolları daşınmaz əmlak və infrastruktura, 38,2%-i və ya 28,1 milyard ABŞ dolları isə qızıl investisiyalarına yönəldilmişdir.

Səhm investisiyalarından 2,8 milyard dollar gəlir

2025-ci ildə Dövlət Neft Fondunun ən yüksək gəlir gətirən investisiya istiqaməti səhmlər olub.

Fondun səhm altportfelinin illik gəlirliliyi 17,6% təşkil edib. Səhm investisiyalarından əldə edilən xalis gəlir 2 milyard 808 milyon dollara çatıb.

2024-cü ildə bu göstərici 2 milyard 420 milyon dollar idi. Beləliklə, səhm investisiyalarından gəlir bir ildə 388 milyon dollar və ya 16% artıb.

Səhm investisiyaları 2025-ci ildə Fondun ümumi xalis investisiya gəlirinin təxminən 69,3%-ni təmin edib.

Borc öhdəliklərindən gəlir 8,7% artıb

Dövlət Neft Fondunun borc öhdəlikləri altportfeli üzrə gəlirlilik 2024-cü ildəki 3,5%-dən 2025-ci ildə 4,7%-ə yüksəlib.

Bu istiqamətdə xalis gəlir 1 milyard 78 milyon dollardan 1 milyard 172 milyon dollara çatıb. Artım 94 milyon dollar və ya 8,7% təşkil edib.

Daşınmaz əmlak investisiyalarında isə əvvəlki ilin zərəri müsbət nəticə ilə əvəz olunub.

2024-cü ildə daşınmaz əmlak altportfeli üzrə 96 milyon dollar zərər qeydə alındığı halda, 2025-ci ildə 72 milyon dollar xalis gəlir əldə edilib.

Daşınmaz əmlak portfelinin gəlirliliyi mənfi 2,9%-dən müsbət 1,5%-ə yüksəlib.

Dövlət Neft Fondunun 2021–2025-ci illər üzrə investisiya nəticələri

Hesabatdan görünür ki, 2025-ci ildə investisiya portfelinin xalis gəliri son beş ilin ən yüksək göstəricisi olub. Bununla belə, illik gəlirlilik baxımından 2023-cü ilin 7,1%-lik nəticəsi daha yüksəkdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑