ABŞ-ın hücumu təkrarlanacağı təqdirdə, İranın cavabı daha geniş ölçüdə olacaq.
Lent.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei “Dünya imperializmi ilə milli mübarizə günü” ilə bağlı bəyanatında xəbərdarlıq edib.
Onun sözlərinə görə, İranın Hörmüz boğazında idarəçiliyi ələ alması və region ölkələrində ABŞ hərbi bazalarının məhv edilməsi fevral ayında başlayan müharibəyə cavab olub.
Xamenei ABŞ-da keçirilən aralıq seçkilərinə də münasibət bildirib. İranın Ali Rəhbəri vurğulayıb ki, ABŞ-da siyasi partiyaların yerdəyişməsi və Vaşinqtonun təzyiqləri qarşısında güzəştə getməyin “ABŞ-ın İrana qarşı düşmənçiliyini” azaldacağını düşünənlər yanılır.
Xamenei ən cüzi təslimçiliyə meyilliliyin nümayiş etdirilməsinin ABŞ-ın daha çox irəli getməsinə və “həddi aşması”na gətirib çıxaracağını bəyan edib.



