Dünya · Globalinfo.az

Tramp İrana qarşı əməliyyatları mümkün sayır, lakin…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp İrana qarşı əməliyyatları mümkün sayır, lakin… xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtimalını istisna etməyib və Vaşinqtonun atacağı addımların ölkənin maraqlarına uyğun olacağını bildirib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, Tramp bunu “Politico”ya verdiyi telefon müsahibəsində deyib.

    “Biz vəziyyətə baxacağıq və hər hansı addım atmaq üçün imkan görsək, ölkəmiz üçün ən yaxşı olanı edəcəyik”, – Tramp İrana qarşı əməliyyatların eskalasiyası ehtimalı barədə suala cavabında deyib.

    Nüvə silahından istifadə ehtimalı barədə suala cavab verən ABŞ Prezidenti buna ehtiyac olmadığını deyib.

    “Buna ehtiyacım yoxdur. Biz onları artıq 90 faiz sıradan çıxarmışıq. Ona görə də buna ehtiyac yoxdur”, – Tramp bildirib.

    O, İranla bağlı qərarının uzunmüddətli perspektivdə həm ABŞ, həm də dünya üçün düzgün olduğunu düşündüyünü bildirib. Trampın sözlərinə görə, neft qiymətlərinin artması İranla münaqişə ilə əlaqələndirilsə də, onun qərarı uzunmüddətli maraqlar baxımından doğru olub.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑