Bu gün Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin məktəblərindən birində otuz şagird zəhərlənib.
Axar.az xəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb.
Xəstəxanalara köçürülən şagirdlərin zəhərlənmə səbəbi barədə məlumat verilməyib, hadisənin araşdırıldığı bildirilib.
Yerli sosial media şəbəkəsində zəhərlənmənin qeyri-standart istilik sistemi, dəm qazı nəticəsində baş verdiyi iddia edilib.




