Tbilisidə “Formula” televiziya kanalının yerləşdiyi “Delisi” biznes mərkəzinin 12-ci mərtəbəsində yanğın başlayıb.
Vaja Pşavela prospektindəki binanın daxilində və ətrafında qatı tüstü müşahidə olunur.
Yanğın səbəbindən telekanalın yayımı müvəqqəti dayandırılıb.
Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.



