Dünya · Lent.az

Öcalanla bağlı mühüm qərar: Yeri dəyişdirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Öcalanla bağlı mühüm qərar: Yeri dəyişdirildi xəbəri üçün şəkil

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan Türkiyənin İmralı adasındakı həbsxananın yeni tikilmiş bölməsinə köçürülüb.

Lent.az xəbər verir ki, bu barədə DEM Partiyasının İmralı nümayəndə heyətinin üzvü Mithat Sancar açıqlama verib.

Onun sözlərinə görə, Öcalanın yeni bölməyə köçürülməsi Türkiyədəki sülh prosesinin sürətləndirilməsi üçün imkan yarada bilər.

DEM Partiyasının digər nümayəndəsi Pervin Buldan isə bildirib ki, yeni bölmə həbsxananın ərazisində yerləşir və Öcalanın iş şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır. O, köçürülmənin Öcalana yeni hüquqi və ya siyasi status vermədiyini vurğulayıb.

Buldanın sözlərinə görə, Öcalan sülh və siyasiləşmə koordinatoru kimi prosesə töhfə vermək istəyir, lakin bu status hələ rəsmiləşdirilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑