Dünya · Konkret.az

Zelenski: “Ukrayna məğlub olarsa, 20 milyon ukraynalı Avropaya üz tuta bilər” | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: “Ukrayna məğlub olarsa, 20 milyon ukraynalı Avropaya üz tuta bilər” | KONKRET xəbəri üçün şəkil

Ukrayna müharibədə məğlub olarsa, milyonlarla ukraynalının Avropa ölkələrinə üz tutacağı ehtimalı gündəmə gəlib. Eyni zamanda, Danimarka, İtaliya və Polşa Avropa İttifaqının (Aİ) qanunsuz miqrasiya ilə mübarizə siyasətinin sərtləşdirilməsini təklif edib.

KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Şurasının iclasından sonra keçirilən mətbuat konfransında ölkəsinin məğlubiyyətinin mümkün nəticələrindən danışıb.

“Biz məğlub olsaq, nə baş verəcək? Bilmirəm, bəlkə də 20 milyon ukraynalı Avropaya gələcək”, – deyə Zelenski bildirib. Onun sözlərini “Adnkronos” agentliyi yayıb.

“Politico” nəşrinin üç Aİ diplomatı və sammitin yekun sənədinin layihəsinə istinadən yaydığı məlumata görə, Danimarka, İtaliya və Polşa isə qanunsuz miqrasiya məsələsində Aİ-nin mövqeyinin sərtləşdirilməsini istəyir.

Sənəd layihəsində miqrasiyanın bir çox avropalı üçün narahatlıq doğurduğu, cəmiyyətlərin birliyinə çağırış yaratdığı və cinayətkarlıq səviyyəsinə mənfi təsir göstərdiyi qeyd olunur.

Layihədə qanunsuz miqrasiya hallarına tam nəzarətin təmin edilməsi və qeyri-qanuni miqrasiyanı təşviq edə biləcək tədbirlərdən imtina olunması təklif edilir. Həmçinin Avropa Komissiyasına Aİ ölkələrinin qonşu dövlətlərə təsir göstərə biləcək milli qərarlarını əlaqələndirmək üçün məsləhətləşmə mexanizmini nəzərdən keçirmək tövsiyə olunur.

“Politico”nun həmsöhbətlərindən biri təklif olunan müddəaların Aİ liderləri tərəfindən yekdilliklə dəstəklənməsi ehtimalının aşağı olduğunu bildirib.

Günay Əli

KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑