Gündəm · Konkret.az

“Utandırdınız bizi, bunu çoxdan etməli idik…” - Video | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Utandırdınız bizi, bunu çoxdan etməli idik…” - Video | KONKRET xəbəri üçün şəkil

Xalq artisti Fəxrəddin Manafov İctimai TV-də yayımlanan “Sabaha Saxlamayaq” verilişində “44” bədii filmi barədə danışıb.

KONKRET.az xəbər verir ki, o, çıxışında “44” filmini Azərbaycan kino camiəsində böyük hadisə kimi qiymətləndirib.

“Azərbaycan kinosunda çoxdan belə şeyə rast gəlməmişdim. 44 günü mən yenidən, günbəgün yaşadım. O 44 gündə gecələr yatmırdım. Gözləyirdim ki, Ali Baş Komandanımız yenə yumruğunu qaldırıb desin ki, filan yeri azad etdik, qaytardıq.

Hər anını yaşadım mən bu filmdə. Gözümdə uzağı görmək üçün eynək var idi, həmin eynək göz yaşı içində idi. Məni tərpətmək çox çətindir, bu film məni tərpətdi. Mən hətta bir cümlə işlədəcəyəm, ümid edirəm ki, həmkarlarım məndən inciməyəcək. Anar Ələkbərov və bütün heyət, utandırdınız bizi, bunu çoxdan etməli idik. Hələ də özümə gələ bilmirəm, sevincimin həddi-hüdudu yoxdur”, – deyə o əlavə edib.

Daha ətraflı videoda:

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑