Gündəm · Globalinfo.az

Bakıda söküntü zamanı su borusu partladı – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda söküntü zamanı su borusu partladı – VİDEO xəbəri üçün şəkil

Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, 7-9 ünvanında su borusu partlayıb.

Globalinfo.az bildirir ki, hadisəyə ərazidə aparılan söküntü işləri zamanı köhnə borunun üzərinə yük düşməsi səbəb olub.

Hazırda borudan axan su əraziyə və avtomobil yoluna yayılıb.

Məsələ ilə əlaqədar İri Şəhərlərin Su Təchizatından (İŞST) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza Süleyman Rəhimov küçəsindən keçən su xəttində baş verib.

“Hazırda qəza aradan qaldırılır. Məsələ ilə bağlı məlumat daxil olan kimi əraziyə briqada cəlb olunub, xəttin təmiri və bərpası istiqamətində işlər görülür”.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑