Gündəm · Globalinfo.az

Teymur Musayevin atası haqda maraqlı MƏQAM

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Teymur Musayevin atası haqda maraqlı MƏQAM xəbəri üçün şəkil

Səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunan Teymur Musayevin həyatında diqqət çəkən məqamlardan biri də uşaqlıq illərinin bir hissəsini xaricdə keçirməsidir. O, ilk təhsilini Bakıda deyil, Əlcəzairdə alıb. Bu fakt isə ailəsinin sovet dövründə xaricdəki fəaliyyəti ilə bağlı maraq doğurur.

Teymur Musayev 1970-ci il sentyabrın 16-da Bakıda anadan olub. O, 1977–1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunun nəzdindəki 1 saylı orta məktəbdə oxuyub. Daha sonra təhsilini Bakıda, 189 saylı orta məktəbdə davam etdirib.

Globalinfo.az bildirir ki, Modern.az-ın məlumatına görə, Teymur Musayevin uşaqlıq illərində Əlcəzairdə yaşaması atasının  keçmiş SSRİ-nin bu Afrika ölkəsindəki konsulluğunda çalışması ilə əlaqələndirilirdi.

Belə ki, onun atası Yusif Musayev sovet dövründə diplomatik sahədə çalışıb. O, keçmiş SSRİ-nin Əlcəzair Xalq Demokratik Respublikasındakı Baş konsulluğunda fəaliyyət göstərib. Bu səbəbdən oğlu Teymur Musayev də ilk orta təhsilini 1977–1981-ci illərdə Əlcəzairdə, SSRİ konsulluğunun nəzdindəki məktəbdə alıb.

Yusif Musayev 2025-ci il noyabrın 6-da vəfat edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑