Gündəm · Yeni Çağ

“Qarabağ” və “Neftçi” cərimələndi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qarabağ” və “Neftçi” cərimələndi - Yeni Çağ xəbəri üçün şəkil

AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi” klublarını cərimələyib.

Yenicag.az xəbər verir ki, buna komandalar arasında keçirilmiş Misli Premyer Liqasının VIII turunda yaşananlar səbəb olub.

Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün 5000 manat ziyana düşüb.

Bakı klubu fanatların pirotexniki vasitədən istifadəsinə görə 3000, beş futbolçu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Bundan əlavə, “Neftçi”nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib. Buna onun stadiona kiçik zərər vurması səbəb olub. Dəymiş zərər yerində ödənilib.

Xatırladaq ki, Azərbaycan derbisi 3:3 hesabı ilə bitib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑