Gündəm · Globalinfo.az

Göygöl Milli Parkı niyə hasarlanır? – Rəsmi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Göygöl Milli Parkı niyə hasarlanır? – Rəsmi xəbəri üçün şəkil

Göygöl Milli Parkında hasarlanma işlərinin aparılması ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Globalinfo.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova lent.az-a açıqlamasında milli parkın yaşayış məntəqələri ilə həmsərhəd olan ərazilərində çəpərləmə işlərinin həyata keçirildiyini bildirib.

“Çəpərləmə işləri xüsusi mühafizə olunan təbiət ərazilərində bioloji müxtəlifliyin və təbii ekosistemlərin qorunması, antropogen təsirlərin, eləcə də mal-qaranın ərazilərə daxil olmasının qarşısının alınması məqsədi daşıyır”, – o deyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑