Dünya · Konkret.az

Türkiyədə xarici elektrikli avtomobillərə QADAĞA | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə xarici elektrikli avtomobillərə QADAĞA | KONKRET xəbəri üçün şəkil

Türkiyənin aparıcı müdafiə sənayesi müəssisələri təhlükəsizlik səbəbindən xarici istehsalı olan elektrikli avtomobillərin ərazilərinə girişinə icazə vermir.

KONKRET.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

TUSAŞ Motor Sənayesinin (TEI) baş direktoru Mahmut Faruk Akşit Pamukkale Universitetində keçirilən konfransda bildirib ki, ASELSAN, ROKETSAN, HAVELSAN və TEI müəssisələrində bu məhdudiyyət tətbiq olunur.

Akşitin sözlərinə görə, müasir avtomobillərdəki kameralar və sensorlar ətraf mühit haqqında məlumat toplayaraq ərazinin xəritəsini yarada bilər. Proqram təminatının və idarəetmə sistemlərinin xarici tərəflərin nəzarətində olması isə strateji obyektlər üçün təhlükəsizlik riski yaradır.

O qeyd edib ki, Türkiyə istehsalı olan avtomobillərin müəssisələrə girişinə icazə verilir. Buna səbəb proqram təminatına və idarəetmə sistemlərinə nəzarətin ölkə daxilində olmasıdır.

Akşit həmçinin süni intellekt və rəqəmsal texnologiyaların müharibə şəraitində yarada biləcəyi təhlükələrə diqqət çəkib. O, kritik məlumatların qorunması üçün rəqəmsal təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Günay Əli 

KONKRET.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑