Dünya · Konkret.az

Türkiyə MİT-inin keçmiş əməkdaşı Kozinoğlunun | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə MİT-inin keçmiş əməkdaşı Kozinoğlunun | KONKRET xəbəri üçün şəkil

Ergenekon işi çərçivəsində həbs olunduğu müddətdə Silivri həbsxanasında vəfat edən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı məhkəmə-tibbi ekspertiza rəyi hazırlanaraq tamamlanıb.

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ekspertiza rəyində Kozinoğlunun travmatik təsir nəticəsində öldüyünü təsdiqləyən tibbi sübutların olmadığı bildirilib.

Həmçinin onun zəhərlənmə nəticəsində vəfat etməsi ehtimalını təsdiqləyən tibbi dəlillər də aşkarlanmayıb. Ekspertlərin qənaətinə görə, ölüm ürək xəstəliyi səbəbindən baş verib.

İnfarkt nəticəsində vəfat etdiyi bildirilən Kozinoğlunun ölümü ilə bağlı yenidən başladılan istintaq çərçivəsində indiyədək 30 şübhəli barəsində hüquqi tədbirlər görülüb.

Şübhəlilər arasında həmin dövrdə Silivri Respublika Baş prokuroru vəzifəsində çalışmış Ali İşgören, Silivri həbsxanasının prokuroru olmuş Necip Doğan, keçmiş MİT əməkdaşı Enver Altaylı, eləcə də həbsxana mühafizəçisi və təcili tibbi yardım texnikləri var.

Ümumilikdə, iş üzrə doqquz nəfər həbs edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑