Dünya · Konkret.az

Moskvada əməliyyat: Minlərlə miqrant Rusiyadan çıxarılacaq | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moskvada əməliyyat: Minlərlə miqrant Rusiyadan çıxarılacaq | KONKRET xəbəri üçün şəkil

Oktyabrın 1-dən 10-dək Rusiyanın Moskva vilayətində keçirilən “Qeyri-leqal-2026” əməliyyatından sonra polis 6 559 əcnəbinin Rusiyadan inzibati qaydada çıxarılması barədə qərar qəbul edib. Daha 18 615 nəfərin Rusiyaya girişinə qadağa qoyulub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, oktyabrın 1-dən 10-dək Moskva vilayətində “Qeyri-leqal-2026” federal kompleks əməliyyat-profilaktik tədbirlərinin ikinci mərhələsi keçirilib. Tədbirlərin məqsədi qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparmaq, miqrasiya sahəsində inzibati hüquqpozmaları və cinayətləri aşkar etmək olub.

“Əməliyyat nəticəsində miqrasiya sahəsində 16 103 qanun pozuntusu aşkarlanıb. Rusiya ərazisində qalma qaydalarının pozulmasına görə 10 818, qanunsuz əmək fəaliyyətinə görə isə 1 677 inzibati protokol tərtib edilib”, – deyə qurumdan əlavə olunub.

Bundan başqa, Baş İdarənin məlumatına görə, əcnəbilərin qanunsuz işə cəlb edilməsinə görə işəgötürənlərlə bağlı 2 393 protokol tərtib edilib.

“Əvvəllər barələrində qəbul edilmiş inzibati qaydada ölkədən çıxarılma qərarlarını icra etməyən 214 əcnəbi aşkarlanaraq məsuliyyətə cəlb edilib. Həmin şəxslər müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilib və mənşə ölkələrinə məcburi göndərilmələrini gözləyirlər”, – deyə mətbuat xidmətindən bildirilib./Oxu.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑