Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyası oktyabrın 21-də TRIPP ("Tramp Marşrutu") layihəsi üzrə ABŞ ilə strateji tərəfdaşlıq çərçivə sazişinin ratifikasiyası layihəsini nəzərdən keçirəcək.
"Bakupost" Ermənistan KİV-ə istinadən xəbər verir ki, sənəd komissiyada müzakirə olunduqdan sonra parlamentin oktyabrın 27-də keçiriləcək plenar iclasının gündəliyinə çıxarılacaq.
Parlament komissiyasında layihə üzrə əsas məruzəçi kimi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcək.
Xatırladaq ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh tənzimlənməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyasının yaradılması barədə birgə bəyannamə imzalayıblar. Bu təşəbbüs "Beynəlxalq Sülh və Tərəqqi üçün Tramp Marşrutu" (TRIPP) adını alıb.




