“Araz-Naxçıvan”ın məşqçisi Zaur İsmayılov Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Şimal” üzərində qazanılan 6:0 hesablı səfər qələbəsindən danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis ilk hissədə rəqibin ciddi müqavimət göstərdiyini, fasilədən sonra isə komandasının daha yaxşı çıxış etdiyini bildirib.
“Rəqibin kimliyindən asılı olmayaraq qələbə qazanmaq üçün mübarizə apardıq. Birinci hissə gərgin keçdi. Rəqib müqavimət göstərməyi bacardı. Fasilədə müəyyən tapşırıqlar verdik və ikinci hissədə nəticəsini gördük. Komanda daha çox hərəkət etdi və yaradılan imkanları realizə etməyi bacardı.
Oyunun gedişində çalışdıq digər matçlarda meydana çıxmayan futbolçulara da şans verək. “Şimal” komandasını da yaxşı mübarizəyə görə təbrik edirəm”, - deyə İsmayılov vurğulayıb.






