İdman · İdman.biz

Toral Bayramovun komandası Türkiyədə 6 qolluq oyunda qalib gəlib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Toral Bayramovun komandası Türkiyədə 6 qolluq oyunda qalib gəlib xəbəri üçün şəkil

Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi Türkiyənin “Bursaspor” komandası Birinci Liqada növbəti qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, Bursa təmsilçisi “Keçiörengücü” ilə qarşılaşıb.

Altı qolun vurulduğu görüş “Bursaspor”un 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Toral Bayramov 82-ci dəqiqədə meydana daxil olub.

12 turdan sonra “Bursaspor” xallarının sayını 28-ə çatdıraraq liderliyini qoruyur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑