İdman · Milli.az

Eldəniz və Sənan Astanada tarix yazdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Eldəniz və Sənan Astanada tarix yazdı xəbəri üçün şəkil

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.

Milli.Az xəbər verir ki, yarışın ikinci günündə 2 güləşçimiz dünya çempionu olub.

Eldəniz Əzizli (55 kq) kəmər kolleksiyasına daha birini əlavə edib. Əzizli finalda İran təmsilçisi Payam Balutakiyə 3:1 hesabıyla qalib gələrək 5 qat dünya çempionu olub. Beləliklə, titullu güləşçimiz Azərbaycan güləşində özünəməxsus rekordu yeniləyib.

Sənan Süleymanov (77 kq) isə həlledici görüşdə moldovalı Aleksandrin Qutuyla qarşılaşıb. Rəqibinə 8:3 hesabıyla qalib gələn Sənan ilk dəfə böyüklər arasında dünya çempionu olub. Sənan həm də 15 illik həsrətə son qoyub. Belə ki, Süleymanov 2011-ci ildən sonra olimpiya çəkisində dünya çempionu olan ilk kişi güləşçimiz ünvanına sahib olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑