İtaliya A Seriyasının VIII turunda "Leççe" öz meydanında "Yuventus"u qəbul edib.
Offsideplus.az xəbər verir ki, "Via del Mare" stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Turin təmsilçisinə qələbə qazandıran qolları 29-cu dəqiqədə Ueston Makkenni və 41-ci dəqiqədə Duqlas Luis vurublar. Matçın 90+4-cü dəqiqəsində isə "Leççe"nin müdafiəçisi Kialonda Qaspar ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.
Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Yuventus" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 9 xalı olan "Leççe" isə 12-ci sıradadır.






