"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager "Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrikin Brunu Fernandeşi "Bornmut"la oyunda meydana buraxmamasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Premyer Liqanın 8-ci turunda bütün qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib. Daha əvvəl Brunu Fernandeş Çempionlar Liqasında "Kom" ilə matçdan (1:4) sonra komandanın taktikasını tənqid etmişdi.
Karrager bildirib: "Düşünmürəm ki, Maykl Kerrik Brunonu meydana buraxmaq fikrində idi. Bu, qəsdən verilmiş qərar idi – onu ehtiyatda saxlayıb azarkeşlərin qarşısında bir qədər utandırmaq istədi. Fikrimcə, Brunu "Kom"la oyundan sonra əvəz olunduğu üçün belə davrandı. Bu gün isə Maykl Kerrik onu meydana buraxmaq niyyətində deyildi – bu əvəzetmə baş verməməli idi".






