İdman · Publika.az

Ən yaxşı dövrüm “Barsa”da yox, PSJ-də olub - Neymar təccübləndirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ən yaxşı dövrüm “Barsa”da yox, PSJ-də olub - Neymar təccübləndirdi xəbəri üçün şəkil

“Santos”un hücumçusu Neymar karyerasının ən yaxşı dövrünün “Barselona”da yox, PSJ-də keçdiyini düşünür.

Publika.az xəbər verir ki, Neymar sosial mediada “Team Neymar” səhifəsindəki videoda bildirib:

“Mənim ən yaxşı dövrüm PSJ-d olub. Bilirəm ki, insanlar “Barselona”dakı vaxtımı, MSN üçlüyünün (Messi, Suares, Neymar – red.) bir hissəsi olduğum vaxtı və komanda ilə qazandığım hər şeyi xatırlayırlar. Bununla belə, düşünürəm ki, Neymarın ən yaxşı versiyası PSJ-də ortaya çıxdı. O vaxtlar güc, sürət və zəkadan həzz alırdım. Meydanın hər detalını anlamağa başladım”.

Neymar “Barselona”da 186 oyun keçirib, 105 qol vurub və 76 məhsuldar ötürmə edib. O, PSJ-də 173 oyun keçirib, 118 qol vurub və 80 məhsuldar ötürmə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑