“El-Klasiko” ərəfəsində “Barselona” və “Real Madrid” futbol komandaları üçün xüsusi dizaynlı butslar hazırlanıb.
İdman.Biz xəbər verir ki, yeni kolleksiyanı “adidas” və Y-3 brendi birgə hazırlayıb.
“Predator 26” modelinə əsaslanan butslar narıncı, sarı və qara rənglərin birləşməsi ilə fərqlənir. Onların üzərində pələng təsviri yerləşdirilib. Dizaynda yaponiyalı modelyer Yohci Yamamotonun 2006-cı ildə təqdim etdiyi məşhur kolleksiyadan ilham alınıb.
Yeni kolleksiya “Beast” adlanır və iki fərqli modeldən ibarətdir. “Predator” pələng, “F50” isə əjdaha təsviri ilə bəzədilib.
Lamin Yamal üçün əjdaha təsvirli “F50”, Rafinya və Bellingem üçün isə pələng dizaynlı “Predator” nəzərdə tutulub.








