İdman · AzVision.az

Güləşçimiz beşqat dünya çempionu oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Güləşçimiz    beşqat dünya çempionu    oldu xəbəri üçün şəkil

Güləşçimiz beşqat dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında həlledici qarşılaşmada iranlı Payam Əhmədi 3:1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Bununla da, Eldəniz Əzizli 55 kiloqram çəki dərəcəsində beşqat dünya çempionu olub.

O, yarımfinalda 2025-ci ilin dünya çempionu, Gürcüstan təmsilçisi Vaxtanq Loluanı 5:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

34 yaşlı idmançımız daha əvvəl 2018, 2022, 2023 və 2024-cü illərdə dünya çempionu olub. Astanada qazandığı beşinci qızıl medalla Eldəniz Əzizli dünya çempionatlarında ən çox qızıl medal əldə edən Azərbaycan güləşçisi kimi rekordunu yeniləyib.








BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑