İdman · İdman.biz

“Dakar” rallisi 2027-ci ildə Səudiyyə Ərəbistanında keçirilməyəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Dakar” rallisi 2027-ci ildə Səudiyyə Ərəbistanında keçirilməyəcək xəbəri üçün şəkil

Dünyanın ən məşhur avtomobil yarışlarından biri olan “Dakar” rallisi 2027-ci ildə Səudiyyə Ərəbistanında təşkil olunmayacaq.

İdman.Biz xəbər verir ki, yarışın təşkilatçıları Yaxın Şərqdəki vəziyyətlə əlaqədar rallinin başqa ölkəyə köçürüləcəyini açıqlayıblar.

Turnirin yeni keçiriləcəyi məkan hələ müəyyənləşdirilməyib. Bununla belə, təşkilatçılar 2028-ci ildə Səudiyyə Ərəbistanına qayıtmağı planlaşdırırlar.

Təşkilatçıların yaydığı bəyanatda Səudiyyə Ərəbistanının son yeddi ildə yarışa ev sahibliyi etməsi və tərəflər arasında qurulan əməkdaşlıq xüsusi vurğulanıb.

“2020-ci ildən etibarən Səudiyyə Ərəbistanı ardıcıl yeddi dəfə “Dakar” rallisinə ev sahibliyi edib. Krallığın coğrafi müxtəlifliyini nümayiş etdirən marşrutlar dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirib. Bu yarışlar Səudiyyə Ərəbistanını “Dakar” cəmiyyətinin ayrılmaz hissəsinə çevirib və uzunmüddətli strateji tərəfdaşlığın əsasını qoyub”, - deyə açıqlamada bildirilib.

Təşkilatçılar əməkdaşlığın davam etdiriləcəyini də təsdiqləyiblər.

Bəyanatda bütün maraqlı tərəflərin Səudiyyə Ərəbistanında avtomobil idmanının inkişafına və iştirakçılar, komandalar, eləcə də azarkeşlər üçün yüksək səviyyəli yarış təcrübəsinin yaradılmasına sadiq qaldıqları qeyd olunub.

Xatırladaq ki, 2027-ci il “Dakar” rallisinin yanvarın 1-15-də keçirilməsi planlaşdırılırdı. Yarışın başqa ölkəyə köçürülməsi qərarı Yəməndə silahlı münaqişənin kəskinləşməsi fonunda qəbul edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑