İdman · İdman.biz

“Qalatasaray”ın beş futbolçusu “Fənərbağça” derbisində debütə hazırlaşır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qalatasaray”ın beş futbolçusu “Fənərbağça” derbisində debütə hazırlaşır xəbəri üçün şəkil

Türkiyənin “Qalatasaray” futbol komandası Super Liqanın doqquzuncu turunda “Fənərbağça” ilə keçirəcəyi derbiyə hazırlaşır.

İdman.Biz xəbər verir ki, oktyabrın 26-da “RAMS Park” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Səkkiz oyunda altı qələbə, bir heç-heçə və bir məğlubiyyətlə 19 xal toplayan “Qalatasaray” bir oyun az keçirməklə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda derbidən qalib ayrılaraq həm çempionluq yarışında xal itirməmək, həm də rəqibi ilə xal fərqini artırmaq niyyətindədir.

“Qalatasaray” Türkiyə Superliqasında doğma meydanda keçirdiyi son 39 qarşılaşmada məğlub olmayıb.

İstanbul təmsilçisi sonuncu dəfə 2023/2024 mövsümünün 37-ci turunda məhz “Fənərbağça”ya 0:1 hesabı ilə uduzub. Bundan sonra komanda evdə 31 qələbə qazanıb, səkkiz görüşü isə heç-heçə başa vurub.

Cari mövsümdə “RAMS Park”da keçirilən dörd çempionat matçının üçündə meydan sahibləri qalib gəlib, birində isə heç-heçə qeydə alınıb.

“Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhen indiyədək “Fənərbağça”ya qarşı beş görüşdə iştirak edib. Bunlardan dördü çempionatda, biri isə kubok yarışında keçirilib.

27 yaşlı futbolçunun meydana çıxdığı derbilərdə “Qalatasaray” məğlubiyyətlə üzləşməyib. Komanda üç qələbə qazanıb, iki dəfə isə heç-heçə edib.

Osimhen bu qarşılaşmalarda üç qol vurub və bir məhsuldar ötürmə verib.

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” ilə qarşılaşmada ilk derbi təcrübələrini yaşaya bilərlər.

Rafael Leao, Aleksey Batrakov, Deniz Gül, Lesli Uqoçukvu və Bitşiabu baş məşqçinin şans verəcəyi təqdirdə ilk dəfə bu prinsipial rəqabətdə meydana çıxacaqlar.

Komandanın heyətində “Fənərbağça” derbilərində ən çox iştirak edən futbolçular Lukas Torreyra və Barış Alper Yılmazdır. Hər iki oyunçu rəqibə qarşı 11 dəfə çıxış edib.

Bu görüşlərdə Torreyra iki, Barış Alper isə bir qol vurub. Abdulkerim Bardakcı 10, Yunus Akgün və Kaan Ayhan isə hərəyə səkkiz derbidə iştirak ediblər.

Bundan əlavə, Lukas Torreyra və Lesli Uqoçukvunun qırmızı vərəqə səbəbindən aldıqları cəzalar başa çatıb. Hər iki futbolçu məşqçilər korpusunun qərarından asılı olaraq derbidə oynaya bilər.

“Qalatasaray” cari mövsümdə Türkiyə Superliqasında keçirdiyi səkkiz oyunda 17 qol vurub, qapısında isə 11 top görüb.

İstanbul təmsilçisi bu qarşılaşmaların beşində qapısını toxunulmaz saxlaya bilməyib. Müdafiədəki problemlər “Fənərbağça” ilə prinsipial görüş ərəfəsində komandanın əsas narahatlıqlarından biri olaraq qalır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑