İdman · Azxeber.com

'Leççe' 'Yuventus'a uduzdu, müdafiəçisi qırmızı vərəqə aldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
'Leççe' 'Yuventus'a uduzdu, müdafiəçisi qırmızı vərəqə aldı xəbəri üçün şəkil
2026/2027 mövsümü İtaliya A Seriyasının VIII turu çərçivəsində "Leççe" və "Yuventus" komandaları arasında keçirilən oyun başa çatıb.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, qarşılaşma Leççe şəhərindəki "Ettore Cardiniero - Via del Mare" stadionunda baş tutub.
Neapoldan olan baş hakim Fabio Mareskanın idarə etdiyi görüşdə qonaqlar 0:2 hesabı ilə qələbə qazanıblar.
Matçın 29-cu dəqiqəsində "Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni hesabı açıb. 41-ci dəqiqədə isə yarımmüdafiəçi Duqlas Luis Turin təmsilçisinin üstünlüyünü iki topa çatdırıb.
Görüşün 90+4-cü dəqiqəsində "Leççe"nin müdafiəçisi Kialonda Qaspar ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
"Yuventus" 14 xalla A Seriyasının turnir cədvəlində yeddinci yerdə qərarlaşıb. Komanda liderlər "İnter" və "Latsio"dan səkkiz xal geri qalır. "Leççe" isə doqquz xalla 12-ci pillədədir.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑