İdman · SİA

"“Qarabağ”ın “Sabah”ı uda bilməməsi.." - Qurbanovdan AÇIQLAMA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"“Qarabağ”ın “Sabah”ı uda bilməməsi.." - Qurbanovdan AÇIQLAMA xəbəri üçün şəkil

"Çempionlar Liqasında oynadıqdan sonra daha sərbəst çıxış edən rəqibimiz var idi. Texniki səhvlərimiz çox olsa da, oyunçular mübarizədən qopmadı." Bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Sabah”la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
SİTAT: “Maraqlı oyun alındı, yaxşı mübarizə və dinamika var idi. Son dəqiqələrə kimi temp yüksək səviyyədə oldu. Qarşımızda çox yaxşı, formalaşmış rəqib var idi. Son nöqtəyə kimi oynamağa çalışdılar. Hər bir futbolçu üçün gələcəyi düşünüləsi oyun oldu. Daha yaxşı formada olmalıyıq, idman formamızı daha da yaxşılaşdırmalıyıq.

Çoxdan idi ki, bu stadionda oynamırdıq. Çox gözəl təmir olunub, çox yaxşı atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.

“Qarabağ”ın “Sabah”ı uzun müddətdir uda bilməməsinə gəldikdə, belə hallar olur. Amma normal prosesdir. Dünya futbolunda da belə hallar olur. Bunu düşünməyərək oyuna hazırlaşmışdıq.

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑