İdman · İdman.biz

“Sabah” - “Vikinq” matçına niderlandlı hakimlər təyinat aldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah” - “Vikinq” matçına niderlandlı hakimlər təyinat aldı xəbəri üçün şəkil

“Sabah” və Norveçin “Vikinq” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turu çərçivəsində keçiriləcək görüşün hakim təyinatları açıqlanıb.

İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Norveçdə baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Coui Koy yerinə yetirəcək.

Qeyd edək ki, “Vikinq”-“Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşan təmsilçimiz indiyədək üç oyun keçirib, bir qələbə qazanıb və iki dəfə məğlub olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑