İdman · İdman.biz

“Sabah” və “Qarabağ”ın U-19 komandaları bu gün meydana çıxacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah” və “Qarabağ”ın U-19 komandaları bu gün meydana çıxacaq xəbəri üçün şəkil

“Sabah” və “Qarabağ” futbol klublarının U-19 komandaları bu gün UEFA Gənclər Liqasında növbəti oyunlarını keçirəcəklər.

İdman.Biz xəbər verir ki, “Sabah” əsas mərhələnin dördüncü turunda Norveçin “Vikinq” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Sandnes Ulf Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. “Sabah” U-19 daha əvvəl Dortmund “Borussiya”sına (0:2), Çexiyanın “Slaviya” (0:3) və İngiltərənin “Mançester Yunayted” (0:5) komandalarına məğlub olub.

“Qarabağ” isə ikinci təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada “Dinamo”nun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu “Qarabağ” rəqibinə 1:2 hesabı ilə uduzub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑