“Gəncə” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçını keçirəcək.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi Rumıniyanın Krayova şəhərində yerli “Universitatya Krayova” klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, “Gəncə” FIBA Avropa Kubokunun C qrupunda keçirdiyi əvvəlki dörd oyunda bir qələbə qazanıb, üç məğlubiyyətlə üzləşib. Azərbaycan təmsilçisi Türkiyənin “Esenler Erokspor” klubuna 63:92, Yunanıstanın “Kolossos” komandasına 62:80 hesabı ilə uduzub. Bolqarıstanın “Rilski Sportist” klubu ilə matçda isə komandasına texniki məğlubiyyət verilib - 0:20. “Gəncə” son turda Portuqaliyanın “Sportinq” kollektivini 69:67 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.
Turnir cədvəlində “Gəncə” dörd xalla beşinci, rəqibi “Universitatya Krayova” isə beş xalla dördüncü pillədə qərarlaşıb.



