İdman · AZƏRTAC

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb xəbəri üçün şəkil

Bakı, 4 noyabr,

Türkiyənin “Qalatasaray” klubunun yarımmüdafiəçisi Aleksey Batrakov UEFA Çempionlar Liqasında tarixə düşüb.

AZƏRTAC “Opta” statistika agentliyinə istinadən xəbər verir ki, 21 yaşlı Aleksey Batrakov Almaniyanın “Ştutqart” komandası ilə görüşün 12-ci və 15-ci dəqiqələrində dubl edərək UEFA Çempionlar Liqasının tarixində ilk 15 dəqiqədə iki qol vuran ən gənc ikinci futbolçu olub.

Bu göstəricidə ondan öndə yalnız 2019-cu ildə “Real Madrid”in heyətində 18 yaşında dubl edən Rodriqo qərarlaşıb.

Bundan başqa, Batrakov turnirin tarixində Rusiya futbolçuları və “Qalatasaray”ın oyunçuları arasında ən erkən dubl müəllifi kimi qeydə alınıb.

Qeyd edək ki, ötən gün keçirilən qarşılaşmada İstanbul təmsilçisi doğma meydanda “Ştutqart”ı 2:0 hesabı ilə məğlub edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑