İdman · SİA

“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq xəbəri üçün şəkil

“Sabah” və “Qarabağ” klublarının 19 yaşadək futbolçulardan ibarət komandaları bu gün UEFA Gənclər Liqasında növbəti oyunlarını keçirəcəklər.

SİA xəbər verir ki, “Sabah” əsas mərhələnin IV turunda Norveçin “Vikinq” klubunun U-19 komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Paytaxt təmsilçisi əvvəlki turlarda Almaniyanın “Borussiya” (Dortmund) komandasına 0:2, Çexiyanın “Slaviya” kollektivinə 0:3, İngiltərənin “Mançester Yunayted” klubuna isə 0:5 hesabı ilə məğlub olub.

“Qarabağ”ın U-19 komandası isə II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada “Dinamo”nun qonağı olacaq. Bakı vaxtı ilə saat 16:00-da start götürəcək qarşılaşmada Ağdam təmsilçisi ilk oyunun nəticəsini dəyişməyə çalışacaq.

Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv rəqibinə 1:2 hesabı ilə uduzub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑