İdman · İdman.biz

Anar Quliyev kamandan oxatma üzrə millinin üzvləri ilə görüşüb - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Anar Quliyev kamandan oxatma üzrə millinin üzvləri ilə görüşüb - FOTO xəbəri üçün şəkil

Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) prezidenti Anar Quliyev İraqın Süleymaniyə şəhərində keçirilmiş kamandan oxatma üzrə Asiya Kubokunun ikinci mərhələsinin qalibləri ilə görüşüb və onların nəticələrini yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası (AKOF) məlumat yayıb.

Bildirilib ki, qadınlardan ibarət yığma komandanın üzvləri Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova qızıl medal qazanıb, Yaylagül Ramazanova ilə Məhəmmədəli Əliyev isə qarışıq komanda yarışlarında gümüş medala layiq görülüblər.

Görüş zamanı A. Quliyev idmançıları uğurlu çıxışları münasibətilə təbrik edib, onların hazırlığında və yüksək nəticələrin əldə olunmasında məşqçi heyətinin əməyini qeyd edib. O, Asiya Kubokunda ilk dəfə iştirak edən Azərbaycan yığmasının birincilik qazanmasını yüksək dəyərləndirib.

Söhbət əsnasında qarşıdakı beynəlxalq yarışlara, o cümlədən Olimpiya Oyunlarına hazırlıq, məşq prosesinin təkmilləşdirilməsi və idmançıların peşəkar inkişafı üçün şəraitin yaradılması məsələlərinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, 19 ölkədən 120 idmançının iştirak etdiyi turnirdə qadınlardan ibarət Azərbaycan yığması finalda Qazaxıstan komandasına qalib gəlib, qarışıq komanda yarışlarında isə təmsilçilər ikinci yeri tutublar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑