BAKI, 4 noyabr. TELEQRAF
İspaniyanın “Barselona” klubunun braziliyalı futbolçusu Rafinya komandanın əfsanəsi Ronaldinyonun qol rekordunu təkrarlayıb.
Teleqraf xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda İngiltərənin “Aston Villa” klubu ilə görüşdə (3:0) dubl edib. O, matçın 52-ci və 64-cü dəqiqələrində fərqlənib.
“Barca Universal”ın məlumatına görə, Rafinya bununla “Barselona”nın heyətində bütün turnirlərdə vurduğu qolların sayını 94-ə çatdırıb. Beləliklə, o, 2003-2008-ci illərdə Kataloniya klubunda çıxış etmiş həmyerlisi Ronaldinyonun göstəricisinə çatıb.
Qeyd edək ki, Rafinya bu nəticəyə 190 matçda nail olub. Ronaldinyo isə 94 qol vurmaq üçün 207 qarşılaşmada meydana çıxıb.




