İdman · Apasport.az

PSJ klub tarixində ilkə imza atıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
PSJ klub tarixində ilkə imza atıb xəbəri üçün şəkil

PSJ UEFA Çempionlar Liqasında klub tarixinin ən uzun məğlubiyyətsiz seriyasına imza atıb.

Apasport.az xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi Paris təmsilçisi bu gün “Vilyarreal”ı 6:0 hesabı ilə darmadağın edərək turnirdəki məğlubiyyətsiz oyunlar seriyasını 14-ə çatdırıb.

Paris klubu sonuncu dəfə yanvarın 20-də “Sportinq”ə uduzub. Həmin vaxtdan bəri keçirilən 14 qarşılaşmada PSJ məğlubiyyət üzü görməyib. Bu, klubun Çempionlar Liqası tarixində rekord göstəricidir.

Qeyd edək ki, turnirin son qalibi olan PSJ noyabrın 25-də növbəti matçında “Roma” ilə qarşılaşacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑