İdman · Yeni Sabah

Bruno: “Bu qələbəyə ehtiyacımız var idi”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bruno: “Bu qələbəyə ehtiyacımız var idi” xəbəri üçün şəkil

"Mançester Yunayted"in lideri və kapitanı Bruno Fernandeş son dövrlərdə mətbuatda onunla baş məşqçi arasındakı münasibətlərə dair səsləndirilən iddialara və yayılan fərziyyələrə son qoyub. Təcrübəli yarımmüdafiəçi komandaxili gərginliklə bağlı yazılanların həqiqəti əks etdirmədiyini vurğulayıb.

“Yeni Sabah” xəbər verir ki, matçdan sonra verdiyi açıqlamada bu qələbənin təkcə baş məşqçiyə deyil, bütövlükdə kluba və azarkeşlərə lazım olduğunu qeyd edən Fernandeş, çətin durumdan çıxmaq üçün komanda olaraq çox çalışdıqlarını bildirib. O, mətbuatda adının baş məşqçi ilə mübahisələrdə hallanmasının yalan olduğunu diqqətə çatdırıb.

Portuqaliyalı ulduz yaranmış çətinlikləri aradan qaldırmaq üçün hər kəsin bir məqsəd uğrunda birləşdiyini və bu qələbənin komanda üçün yeni bir dönüş nöqtəsi olacağına inandığını qeyd edib. Dördpendirli pizza

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑