İdman · İdman.biz

“Real Madrid”də Valverde ilə bağlı narahatlığa son qoyuldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Real Madrid”də Valverde ilə bağlı narahatlığa son qoyuldu xəbəri üçün şəkil

“Real Madrid”in futbolçusu Federiko Valverdenin səhhəti ilə bağlı xoş xəbər alınıb. “Barselona” ilə El Klasikoda narahatlıq hiss edən futbolçunun ciddi problemi olmadığı müəyyənləşib.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı uruqvaylı futbolçu oktyabrın 28-də maqnit-rezonans tomoqrafiyası müayinəsindən keçib. Müayinənin nəticəsində hər hansı zədə aşkarlanmayıb.

Valverde “Barselona”ya qarşı La Liqa matçının ilk hissəsində müdafiə epizodlarından birində sağ budunun arxa hissəsində ağrı hiss edib. Buna baxmayaraq, oyunu davam etdirən futbolçu 62-ci dəqiqədə Denzel Dumfrislə əvəzlənib.

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo kapitanının narahatlığa baxmayaraq, uzun müddət meydanda qaldığını bildirmişdi.

Tibbi müayinənin nəticəsi Valverdenin La Liqada “Rasinq Santander”lə qarşıdakı görüşdə iştirakına maneə olmadığını göstərir. Bununla belə, onun əsas heyətdə meydana çıxıb-çıxmayacağına məşqçilər korpusu qərar verəcək.

Qeyd edək ki, Valverde cari mövsümdə 1071 dəqiqə meydanda olub. Bu, “Real Madrid”in keçirdiyi oyunlardakı mümkün vaxtın təxminən 92 faizini təşkil edir.

Madrid təmsilçisini qarşıda “Rasinq Santander”, AEK və “Valensiya” ilə ardıcıl üç səfər görüşü gözləyir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑