İdman · Yeni Sabah

“Milan” doğma divarlar arasında uduzdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Milan” doğma divarlar arasında uduzdu xəbəri üçün şəkil

İtaliya A Seriyasında "AC Milan" doğma azarkeşləri önündə ağır məğlubiyyətlə üzləşib.

“Yeni Sabah” xəbər verir ki, "San Siro"da oyun "Bolonya"nın 4:2 hesablı üstünlüyü ilə başa çatıb.

Qonaqlar 8-ci dəqiqədə Samuel Mbanqulanın qolu ilə önə keçiblər. Lakin "AC Milan" qısa müddətdə Alpanqo Sissenin 14 və 27-ci dəqiqələrdə vurduğu iki qolla birinci hissəni 2:1 hesablı üstünlüklə tamamlayıb. pizza hut

60-cı dəqiqədə David Bartezaqinin öz qapısına vurduğu qolla hesaba tarazlıq gəlib. Şokdan ayıla bilməyən meydan sahibləri cəmi 2 dəqiqə sonra yenidən Mbanqulanın zərbəsinə mane ola bilməyiblər. Matçın sonlarına yaxın, 86-cı dəqiqədə səhnəyə bir daha çıxan Samuel Mbanqula het-trikini rəsmiləşdirərək "Bolonya"nın qələbəsini təmin edib.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑