"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib.
BAKU.WS xəbər verir ki, nigeriyalı futbolçu Türkiyə Super Liqasının IX turunda "Fənərbağça"ya qarşı keçirilən və 2:1 hesabı ilə başa çatan oyundan sonra bu barədə danışıb.
Osimhen "Qalatasaray" rəhbərliyinin Batrakovun transferində uğurlu seçim etdiyini bildirib.
"Qalatasaray" rəhbərliyi bu futbolçunu kluba gətirən skaut əməkdaşını təbrik etməlidir. Onlar həqiqətən də möhtəşəm iş görüblər", – deyə hücumçunun sözlərini "Le Marca Sports" X sosial şəbəkəsində yayıb.
Qeyd edək ki, Aleksey Batrakov 2026-cı ildə "Qalatasaray"a keçib. Onun klubla müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.
Yarımmüdafiəçi cari mövsümdə İstanbul təmsilçisinin heyətində 10 oyunda meydana çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
"Fənərbağça" ilə qarşılaşmada isə Viktor Osimhen dubl edərək komandasının qələbəsində əsas rol oynayıb.





