İdman · İdman.biz

Cüdoçumuz Dakarda Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında yarışacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Cüdoçumuz Dakarda Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında yarışacaq xəbəri üçün şəkil

Noyabrın 1-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarının cüdo yarışlarına start veriləcək.

İdman.Biz xəbər verir ki, İbrahim Talıbov 55 kq çəki dərəcəsində noyabrın 1-də mübarizəyə qoşulacaq.

İbrahim Talıbov tatamiyə yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Yeniyetmələrin Yay Olimpiya Oyunlarında indiyədək bir qızıl və iki gümüş medal qazanıblar. Vüqar Talıbov 2018-ci ildə Buenos-Ayresdə 66 kq çəki dərəcəsində Olimpiya çempionu olub. Natiq Qurbanlı (55 kq) və Leyla Əliyeva (44 kq) isə 2014-cü ildə Nankində gümüş medala sahib çıxıblar. Yarış noyabrın 3-də yekunlaşacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑