İdman · Offsideplus.az

“Məyusluğumun yeganə səbəbi ikinci dünya çempionluğumdan məhrum olmağımdır” - Nihat Məmmədli

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Məyusluğumun yeganə səbəbi ikinci dünya çempionluğumdan məhrum olmağımdır” - Nihat Məmmədli xəbəri üçün şəkil
“Məyusluğumun yeganə səbəbi ikinci dünya çempionluğumdan məhrum olmağımdır” - Nihat Məmmədli

“Məyusluğumun yeganə səbəbi öz səhvlərimlə qızıl medaldan, ikinci dünya çempionluğumdan məhrum olmağımdır”

Offsideplus.az xəbər verir ki, bu sözləri dünya çempionatının gümüş mükafatçısı, yunan-Roma güləşçimiz Nihat Məmmədli sosial şəbəkə hesabında paylaşımında qeyd edib.

Güləşçi paylaşımında məyusluğunun səbəbini açıqlayıb, gələcəyə inamını ifadə edib və ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

“Dünya çempionatının gümüş mükafatçısı oldum. Məyus olmağımın tək səbəbi sadəcə öz səhvlərimin məni qızıl medaldan, ikinci dünya çempionluğumdan məhrum etməsidir. Mənim qismətimdə bəlkə də qızıl medal var idi, sadəcə mən buna tələsdim və nəticəsi mənim üçün ağır oldu. İnanıram ki, hər şey daha yaxşı olacaq. Yaxşı olması üçün də əlimdən gələni edəcəyimi bilirəm. Olduğum yer üçün sonsuz şükür edirəm. Bu yolda mənə dəstək olan, üstümdə zəhməti olan hər bir şəxsə və bizim üçün bütün şəraiti yaradan, yanımızda olan federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Mənim üçün dua edən və təbrik edənlərə, xoş sözlər yazan hər birinizə minnətdaram”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑