İdman · Yeni Sabah

PSJ “Barselona”nın daha bir ulduzunu istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
PSJ “Barselona”nın daha bir ulduzunu istəyir xəbəri üçün şəkil

"Barselona"nın hücumameylli yarımmüdafiəçisi Fermin Lopes Avropanın nəhəng klublarının transfer radarına düşüb.

“Yeni Sabah” xəbər verir ki, Fransa çempionu "Paris Sen-Jermen" (PSJ) 23 yaşlı ispaniyalı futbolçunun xidmətində ciddi şəkildə maraqlıdır.

Paris təmsilçisinin rəhbərliyi gənc ulduz üçün təxminən 80 milyon avro civarında rəsmi transfer təklifi hazırlayır. Pepperoni pizza

İspaniyalı ulduz yalnız PSJ-nin deyil, həm də Premyer Liqa nəhəngləri "Çelsi" və "Arsenal"ın transfer siyahısında yer alır. Hər iki İngiltərə klubu futbolçunun inkişafını və "Barselona"dakı durumunu diqqətlə izləyir. Hansi Flikin rəhbərlik etdiyi komandada vacib heyət üzvlərindən birinə çevrilən Ferminin "Kataloniya" təmsilçisi ilə 2031-ci ilin iyununa qədər müqaviləsi var. Lakin klubun mövcud maliyyə vəziyyəti fonunda gələ biləcək 80-100 milyon avroluq böyük təkliflər rəhbərliyi düşünməyə vadar edə bilər.

Qərar hələ ki qeyri-müəyyən olaraq qalır, çünki futbolçu özü hazırda "Barselona"da xoşbəxtdir və komandadakı mövqeyini daha da möhkəmləndirmək niyyətindədir.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑