İdman · AZƏRTAC

Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb xəbəri üçün şəkil

Bakı, 29 oktyabr,

"LANDAU Lions" basketbol klubunun kapitanı Ceyms Freyzerin ötən gün "Dənizli Basket"lə oyundakı performansı ilə FIBA Avropa Kubokunun tarixinə düşüb.

AZƏRTAC xəbər verir ki, Freyzer 41 xalla turnirin bir oyununda ən çox xal toplayan basketbolçularından olub. O, bu göstərici ilə Tre Qolden (Bahçaşehir Kolleci) və Devid DeCuliusla (UCAM MURSİYA) 2-ci pilləni bölüşür. İlk pillədə isə 43 xal toplayan Trazarien Vayt (Zastal Zielona Qoria) qərarlaşıb.

Qeyd edək ki, Ceyms Freyzer "Denizli Basket"lə matçda 41 xaldan 24-nü üçxallıq atışlardan əldə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑