İdman · Publika.az

Çində Mbappenin formaları yandırılır, reklam afişaları təhqir edilir - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çində Mbappenin formaları yandırılır, reklam afişaları təhqir edilir - VİDEO xəbəri üçün şəkil

Çinli azarkeşlər Kilian Mbappenin köynəklərini yandırır və fransız hücumçunun reklam afişalarını təhqir edirlər.

Publika.az xəbər verir ki, bununla bağlı videolar sosial mediada yayılıb.

İnternetdə yerləşdirilən videolardan birində üzərində Mbappenin adı yazılmış formanı yandıran bir azarkeş göstərilir. Başqa bir azarkeş oyunçunun təsvir olunduğu plakatları tapdalayır. Yayılan digər videolarda insanların futbolçunun üzünün təsvir olunduğu reklam materiallarını təhqir etdiyi göstərilir.

Mbappenin Mao Tszedonqu diktator adlandırdığı şərhindən sonra Çində qəzəb dalğası yaranıb.

Bundan sonra bir neçə Çin şirkəti oyunçu ilə əməkdaşlığı dayandırdı və Primera oyunlarının həmin ölkədə yayımı dayandırılıb.

Hücumçunun və Madrid klubunun üzr istəməsi də nəyi dəyişməyib.

Müəllif: Tural

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑